© Werner Riehm - fly-foto.de

Yenilik

Müştərilərlə birlikdə işlədikcə yeni həll yolları tapılır. Almaniyanın Weingarten şəhərindəki Texniki Mərkəzində, dünyanın hər yerindən olan müştərilər, yeni imkanlar inkişaf etdirmək və gələcək tələblərə hazırlaşmaq üçün mütəmadi olaraq tətdiqat, inkişaf və tətbiqi texnologiya mütəxəssisləri ilə görüşürlər. Artıq 15 ildirki, KLEIBERIT yapışdırıcıları Avropadakı məşhur avtomobil təchizatçıları və istehsalçılarının premium markaları tərəfindən uğurla istifadə olunur. Avtomobil mütəxəssisi komandamız, ideya mərhələsindən tutmuş beynəlxalq standartlara uyğun yapışdırma işlərindəki prosesslərin son mərhələsinə qədər onlarla birlikdə işləyir və onlara hər tərəfli məsləhət verir.

Mükəmməl PUR

Hər tərəfli xidmət, ən yüksək keyfiyyət standartları və etibarlı çatdırlma

KLEIBERIT yapışqan sisteminin böyük uğurunun əsasını intensiv araşdırma, səriştəli inkişaf və müştəri yönümlü tətbiq texnologiyası təşkil edir. Dünya miqyasındakı müştərilərimiz, PUR yapışqanları və onların tətbiqi sahəsindəki illərdir yığılan bilik və təcrübəyə güvənirlər.


Almaniyada istehsal olunan reaktiv PUR isti yapışqanı, avtomobil, tekstil, filtr, mebel və kağız sənayelərini razı salmış və dünya bazarında lider olmuşdur, KLEIBERIT'i yapışma ilə əlaqəli olan bütün sahələrdə dünyada trend olaraq tanıtmışdır.

Müştəri məmnuniyyəti

Hər müştəri bizim üçün bir nömrədir.

Dünya miqyasındakı satış mütəxəssisləri şəbəkəmiz və bütün dünya bazarında olduğumuza görə müştərilərin xüsusi tələblərinə cavab verən həll yolları və təkliflərini təqdim edirik. Weingartendəki Satış İdarəsi və Müştəri Məsləhət Mərkəzində demək olarki hər bir dildə danışılır. Maşın və material istehsalçıları ilə sıx əməkdaşlıq edərək, müxtəlif beynəlxalq standartlara və normalara cavab verən praktik və qabaqcıl yapışqan qrupları təklif edirik. Müasir standartlarla tam avtomatlaşdırılmış geniş raf anbarı ağıllı bir loqistika konsepsiyası ilə məhsulun lazımi anda lazımi yerdə olmasını təmin edir.

Sosial məsuliyyət

Sertifikatlı keyfiyyət və ətraf mühitin idarə olunmasına uyğun olaraq proseslərdə və prosedurlarda davamlılıq prinsipi ilə irəliləyirik. Tədqiqat, inkişaf, istehsal və logistika sahələrində ətraf mühit və insanlar qarşısındakı məsuliyyət KLEIBERIT'in əsas məqsədlərindən biridir.

Yüksək keyfiyyətli məhsulu ətraf mühit, sağlamlıq və işçi qüvvəsinin təhlükəsizliyi ilə birləşdirmək tələbimiz əvvəldən inkişaf prosesimizi müşayiət edir. Gələcəkdə dünya miqyasındakı bu məsuliyyəti davamlı olaraq etdiyimiz prosesslər və hədəflərlə daha da inkişaf etdirmək istəyirik.

Korporativ uyğunluq siyasəti

Korporativ uyğunluq siyasətini buradan yükləyin (incl. Modern Slavery Act 2015):

Corporate Compliance Policy incl. Modern Slavery Act